Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Tovuzda iki minik avtomobili toqquşdu

Tovuzda iki minik avtomobili toqquşdu

Tovuzda iki minik avtomobili toqquşdu
2023-04-09 , 18:34

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Yenilik.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb. 
Hərəkətdə olan VAZ-2106 markalı avtomobil VAZ-2107 markalı maşınla toqquşub.
Nəticədə VAZ-2107 markalı nəqliyyat vasitəsi yoldan çıxaraq avtomobil sexinə çırpılıb.
Bu zaman VAZ-2107-də olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alıb. 
O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin qənaətbəxş  olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.