Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Şəmkirdə avtomobil körpüdən aşdı: Xəsarət alanlar var

Şəmkirdə avtomobil körpüdən aşdı: Xəsarət alanlar var

Şəmkirdə avtomobil körpüdən aşdı: Xəsarət alanlar var
2023-04-12 , 16:24

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Yenilik.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, hadisə rayonun Qədimqala kəndi ərazisində qeydə alınıb. 
Qəza zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini körpüdən aşırıb. 
Hadisə nəticəsində dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 
Onlardan üçü ilkin tibbi yardımdan sonra ambulator müayinə üçün evə buraxılıb. Xəsarət alan azyaşlının vəziyyəti hazırda qənaətbəxşdir. 
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.