Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ: 11 şagird və 1 müəllim...

Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ: 11 şagird və 1 müəllim...

Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ: 11 şagird və 1 müəllim...
2023-09-26 , 13:34

Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərlənib.

 
Bu barədə Sfera.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, sentyabrın 25-də Sabirabad rayonunın Axtaçı Muğan kənd orta məktəbində 11 şagird və 1 müəllim olmaqla cəmi 12 şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
İlkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.
 
Hazırda vəziyyəti qənaətbəxş olan 12 şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.
 
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.