Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bayram günlərində zəhərlənənlər: İki nəfərin həyatını xilas etmək mümkün olmayıb

Bayram günlərində zəhərlənənlər: İki nəfərin həyatını xilas etmək mümkün olmayıb

Bayram günlərində zəhərlənənlər: İki nəfərin həyatını xilas etmək mümkün olmayıb
2023-03-27 , 11:12

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində zəhərlənmə şübhəsi ilə KTM-ə 121 müraciət daxil olub.

Yenilik.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb.
Qeyri-iş günlərində (20-26 mart) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 121 nəfər müraciət edib.
Müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.
Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, səkkizi sirkə turşusundan, üçü botulizm, ikisi isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, iki qadının (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.