Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Binəqədidə yaşlı qadın gölməçədə öldü 

Binəqədidə yaşlı qadın gölməçədə öldü 

Binəqədidə yaşlı qadın gölməçədə öldü 
2023-12-13 , 16:45

Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub.

 
İntensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb.
 
Nəticədə ərazidə böyük gölməçə meydana gəlib.
 
Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən infarkt keçirib və gölməçəyə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.