Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda avtobus sürücüsü ilə sərnişin arasında dava

Bakıda avtobus sürücüsü ilə sərnişin arasında dava

Bakıda avtobus sürücüsü ilə sərnişin arasında dava
2025-03-05 , 15:20

Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında dava düşüb.

yenilik.az xəbər verir ki, bu barədə jurnalist Esmira Cavadova feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hadisə “Xətai” metrosu yaxınlığında baş verib.
Məlumata görə, mübahisə sərnişinin 30 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusa orta qapıdan minməsi ilə başlayıb. Bu zaman sürücü sərnişindən ön qapıdan minməsini tələb edib. Sərnişin isə düşüb ön qapıya gələn zaman sürücü qapını bağlayaraq avtobusu hərəkət etdirib.
Sərnişin bundan qıcıqlanaraq avtobusun arxasınca qaçıb və sürücünü növbəti dayanacaqda yaxalayıb. Bu zaman tərəflər arasında qarşılıqlı söyüşlər olub. 
Bütün bunlar avtobusdakı sərnişinlərin gözü qarşısında baş verib. Bu azmış kimi mübahisənin iştirakçısı olan naməlum sərnişin əlindəki çantadan bıçaq çıxarıb. Mübahisə iştirakçılarının əlbəyaxa davası digərlərinin qorxması ilə nəticələnib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.