Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var

Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var

Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
2025-04-09 , 12:02

Bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Yenilik.az xəbər verir ki,bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır.
xxx
Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.
Tribunainfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.Hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.
Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.
Azyaşlılar bədənin müxtəlif yerlərinin it dişləməsi diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar.
Bildirilir ki, itlər uşaqlardan birinin başını dişləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.