Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Polis suya düşən sürücünü belə xilas etdi - Video

Polis suya düşən sürücünü belə xilas etdi - Video

Polis suya düşən sürücünü belə xilas etdi - Video
2025-04-16 , 17:37

Paytaxtın Qaradağ rayonunda “Lexus” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su hövzəsinə düşüb.

Hadisə bu gün günorta saatlarında qeydə alınıb. Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır. Daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.