Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Mingəçevirdə binanın blokundan gürzə çıxdı

Mingəçevirdə binanın blokundan gürzə çıxdı

Mingəçevirdə binanın blokundan gürzə çıxdı
2025-05-02 , 17:28

Mingəçevirdə 5 mərtəbəli binanın blokundan gürzə ilanı çıxıb.

Yenilik.az unikal.az-a istinadən xəbər verir ki, hadisə M.Ə.Sabir küçəsi 3 saylı ünvandakı yaşayış binasının blokunda qeydə alınıb.
İlan orada çalışan usta tərəfindən öldürərərək zərərsizləşdirib.
Məsalə ilə bağlı Dezinfeksiya Stansiyasından saytımıza bildirilib ki, hadisə barədə məlumatlıdırlar və Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə müvafiq addımlar atılacaq. Eyni zamanda açıqlamada o da qeyd  olunur ki, bu yaxınlarda şəhərin Nizami küçəsində də oxşar hadisə yaşanıb. O zaman isə ilan evdə peyda olub və ev sahibi tərəfindən öldürülüb. M.Ə.Sabir küçəsində baş vermiş hadisə ilə bağlı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsiinin  daxil olan müraciət əsasında əməkdaşlar əraziyə baxış keçirib.1 saylı Mənzil İstismar Sahəsinin müdiri Yaqub Yadigarovun verdiyi məlumata görə, ərazidə ilan görünməsi kimi bir hadisə ilk dəfədir ki, müşahidə olunur. Bina və zirzəmi əməkdaşları tərəfindən dezinfeksiya olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.