Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Liseyin qarşısında dava-dalaş salan “parkovşik”ə - Bu cəza verildi

Liseyin qarşısında dava-dalaş salan “parkovşik”ə - Bu cəza verildi

Liseyin qarşısında dava-dalaş salan “parkovşik”ə - Bu cəza verildi
2025-06-04 , 08:40

Bakıda ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Hadisə Nərimanov rayonunda, “Evrika” liseyinin qarşısında qeydə alınıb.
Belə ki, F. Musayev küçəsindəki kioskun qarşısında çay içən şəxslə orada parklanmaya qeyri-qanuni nəzarət edən 1994-cü il təvəllüdlü F. Məmmədov arasında mübahisə yaranıb. Bu zaman sərxoş halda olan F. Məmmədov dəmir parçası ilə qarşı tərəfə hücum edib və səs-küy salaraq ictimai asayişi pozub.
Hadisə yerinə yaxınlaşan polis əməkdaşları onu saxlayaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparıblar. O, izahatında bildirib ki, Mayıl adlı şəxs onu kioskun qarşısından qovduğu üçün əsəbiləşərək mübahisə yaradıb.
Barəsində inzibati protokol tərtib edilən “parkovşik”lə bağlı iş Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 15 sutkalıq inzibati həbs verilib.
Qafqazinfo

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.