Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda sürücü yük maşını ilə iki avtomobili vurub hadisə yerindən qaçdı - ANBAAN VİDEO

Bakıda sürücü yük maşını ilə iki avtomobili vurub hadisə yerindən qaçdı - ANBAAN VİDEO

Bakıda sürücü yük maşını ilə iki avtomobili vurub hadisə yerindən qaçdı - ANBAAN VİDEO
2025-09-10 , 16:05

Bakıda yük maşını iki avtomobili vurub qaçıb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Binəqədi şosesi ilə Biləcəri-Baksol yolunun kəsişməsində hərəkətdə olan "Isuzu" markalı, 77-GR-125 dövlət qeydiyyat nişanlı yük maşını eyni istiqamətdə hərəkətdə olan "Nissan" və BYD markalı avtomobilləri vurub. Avtomobillərə xeyli zərər yetirən sürücü hadisə yerindən yayınıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yük avtomobili saxlanılaraq, sürücüsü barəsində tədbir görülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.