Yenilik.Az
www.Yenilik.Az » Hadisə » İcra başçısının qohumu həbs olundu

İcra başçısının qohumu həbs olundu

İcra başçısının qohumu həbs olundu
2025-09-15 , 15:30

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarda hallanan yaxın qohumu İsa Əzizov növbəti dəfə həbs edilib.

Yenilik.az Gununsesi.info-ya istinadla xəbər verir ki, İsa Əzizov bu dəfə "Sea Breeze" istirahət mərkəzində dava-dalaş salıb. Bu davadan sonra polis tərəfindən saxlanılan İsa Əzizov cinayət məsuliyyətinə cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.
O, hazırda Bakıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır. İsa Əzizov Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə təqsirli bilinir.
Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də həbs həyatı yaşamışdı.
Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən həbsdə düşüb. Həmin vaxt o, Bakının mərkəzindəki silahlı atışmada iştirak edib. Hadisə zamanı onları polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.