Bakıda satıcı alıcını mağazadan qovdu – Paltar yerə düşmüşdü
Bakı şəhər sakini N. Hüseynova “AF Mall” ticarət mərkəzində yerləşən “Lina Butik” mağazasından təhqir olunaraq, qovulduğunu bildirib.
“Mağazada ziyafət geyimlərinə baxdığım zaman asılqandakı geyimlərdən biri yerə düşdü və mən geyimi normal şəkildə götürmüşdüm. Satıcı “səliqəli götürün” dedikdə “kənardakı geyimlər asılqanda tam oturmadığından yerə düşür”,- deyə bildirdim. Həmin şəxs asılqanla paltarı əlimdən alaraq “çıxın buradan” dedi. Mən bunun səbəbini soruşanda,- “sizə satılmır çıxın”,- deyərək mağazadan çıxmağımı tələb etdi. Mən mağazanın sahibi kimdir soruşanda özünün olduğunu bildirdi. Mən də bu şəkildə müştəri ilə danışacaq birinin mağaza sahibi ola bilməyəcəyini dedikdə, o məni digər müştərilərin içində yüksək səslə “xəstəsən”, “gicsən” kimi ifadələrlə təhqir etdi.
Bu davranış açıq-açığına müştərinin alçaldılması, etik normaların və istehlakçı hüquqlarının pozulmasıdır. Hadisə butikdə, başqa müştərilərin qarşısında baş verib. “AF Mall”un “İnstagram”da qeyd edilən əlaqə nömrəsinə zəng edərək belə halda nə kimi müdaxilə edə biləcəklərini soruşdum , onlar məsuliyyəti üzərlərinə götürmədilər və bildirdilər ki, sadəcə obyekt icarəyə verən tərəfdirlər, digər məsələlərə qarışmırlar.
Xahiş edirəm, “Lina Butik” mağazasının fəaliyyətinə hüquqi qiymət verilsin və belə halların təkrarlanmaması üçün tədbir görülsün”, -deyə şikayətçi xanım bildirib.
Sözügedən şikayətlə bağlı mağazanın sahibi Musavat.com-a açıqlama verib: "Digər müştərilər geyimlərə baxırdılar. Bu xanım onlara deyirdi ki, geyimlər sizə yaraşmır, bu, necə parçadır və s. Mən həmin xanım müştəriyə yaxınlaşdım və dedim ki, sizə necə kömək edə bilərəm? O isə mənə cavab vermədi, çantasını və üst geyimini divanın üzərinə qoyub, şikayətlənməyə başladı. Daha sonra geyimlərdən biri yerə düşəndə mənə yüksək səslə “bu donları düzgün asın da” dedi. Artıq səbrim tükəndi və ona iki dəfə “zəhmət olmasa, mağazanı tərk edin, digər müştəriləri narahat edirsiniz” dedim. Amma o, çıxmadı və müdiri soruşdu. Ona müdirin özüm olduğunu bildirdim. Cavabı belə oldu: ”Sən burada müdir ola bilməzsən”. Ona dedim ki, mağazadan çıxsın. Əgər kimsə gəlib mənim mağazamda artıq-əskik hərəkət edirsə, onu əlbəttə, oradan çıxardacağam”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, belə şikayətlər olan zaman dövlət orqanları bildirir ki, mağaza sahibkarın öz ərazisində yerləşir və necə istəyirsə, elə də davranır: “İki adam arasında mübahisə olub və buna qiymət vermək asan deyil. Belə özbaşınalıqlar restoranlarda da yaşanır. Nazirlər Kabinetinin qərarları olmalıdır və bunların qarşısı alınmalıdır. Belə şikayətlər çox olur. Şikayətçi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsin, bəlkə, o zaman hansısa tədbir görüldü”, -deyə E. Hüseynov bildirib.
OXŞAR XƏBƏRLƏR

Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatdı
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Məktəbli oğlan sevgilisini narahat edən yaşıdını bağda belə cəzalandırdı – QƏSƏBƏDƏ QANLI CİNAYƏT
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: “Ərim şübhələndi, dedim ki, bir daha...” – ŞOK TƏFƏRRÜAT
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55