“Administrator üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi” - Video
Bakıda 15 yaşlı Nigar Mustafayeva əylənmək üçün getdiyi qorxu evində yıxılaraq xəsarət alıb, başına 11 tikiş qoyulub.
O qeyd edib ki, hadisə bir neçə gün öncə paytaxtın Səbail rayonunda yerləşən “Phobia Games” adlı əyləncə mərkəzində baş verib.
Belə ki, Nigar Mustafayeva rəfiqəsi ilə getdiyi məkanın girişində ödəniş etdikdən sonra yaşlarına uyğun kateqoriyanı seçiblər. Bütün olanlar da obyektin müşahidə kameralarının yaddaşına düşüb:
“Aktyor qışqırdı ki, 5 saniyəniz var. Biz qaçanda heç 5 saniyə olmamışdı. Orada rəf var idi və qapısı açıq idi. Hansı ki, əslində bağlı olmalı idi. Onlar tərəfindən itələndiyim üçün başım həmin rəfə dəydi. Mən huşumu itirib yıxıldım. Bundan sonra administrator gəlib üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi”.
Daha sonra Nigar Mustafayevanın rəfiqəsi təcili yardım çağırıb. Zərərçəkmişin valideynlərinin sözlərinə görə, hadisədən sonra məkanın rəhbərliyi nə onlarla əlaqə saxlayıb, nə də qızın vəziyyəti ilə maraqlanıb.
Məsələ ilə bağlı “Phobia Games”in əməkdaşı bildirib ki, burada aktyorlar heç bir halda kimisə itələmir və yaxud yıxmır: “Həmin an aktyor öz vəzifəsini yerinə yetirir və qorxudur. Xanım da vəlvələyə düşüb qaçır və diqqətsizlikdən başı rəfə dəyib yıxılır. Hadisədən sonra rəhbərlik onlarla hər an əlaqə saxlayıb və xanıma xəstəxana xərclərinin qarşılanmasını deyib. Lakin qarşı tərəfdən tələb çox olduğu üçün biz onlarla razılaşa bilmədik”.
Zərərçəkmişin valideynləri hadisə ilə bağlı polisə də müraciət ediblər.
Daxili İşlər Nazirliyinin əməkdaşı Lumu İsrafilli bildirib ki, tərəflər polisə dəvət edilərək ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsi müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.
***
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə noyabrın 25-də baş verib: “25 noyabr saat 21:00 radələrində xəsarət alması səbəbilə 2010-cu il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Ona başın açıq yarası diaqnozu təyin edilib, KT müayinəsi icra olunub.
Pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb”.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Məktəbli oğlan sevgilisini narahat edən yaşıdını bağda belə cəzalandırdı – QƏSƏBƏDƏ QANLI CİNAYƏT
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55