Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ

Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ

Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ
2026-01-29 , 08:36

Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

Yenilik.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar diyarında fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.
 
Onun ailə üzvləri bildirib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub: "Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının mərkəzində hotellərdən birində ürək çatışmazlığından vəfat edib".
 
Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
 
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.