Yenilik.Az
www.Yenilik.Az » Hadisə » İran Dubayda Heydərovlara məxsus 30 milyon dollarlıq rezidensiyanı vurdu - Nicat Heydərov təxliyə edildi

İran Dubayda Heydərovlara məxsus 30 milyon dollarlıq rezidensiyanı vurdu - Nicat Heydərov təxliyə edildi

İran Dubayda Heydərovlara məxsus 30 milyon dollarlıq rezidensiyanı vurdu - Nicat Heydərov təxliyə edildi
2026-03-29 , 11:38

ABŞ-İsrail-İran müharibəsini ilk günü İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezidensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb.

AFN.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub: "Raketlərdən biri "Palm Jumeyra" süni adasına atılıb. Həmin ərazidə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar dəyərində olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Onun izləri Google Map üzərindən də aydın görünür. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb. Raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib". 
Adada raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafədə isə Heydərovlara məxsus "Sofitel The Palm Resort & Spa" hoteli yerləşir. Məlumata görə, hotel heç bir zərər görməyib.
İranın "Palm Jumeyra"ya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.