Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Masallıda baba və nəvə yanaraq öldü - FOTO

Masallıda baba və nəvə yanaraq öldü - FOTO

Masallıda baba və nəvə yanaraq öldü - FOTO
2026-04-01 , 15:12

Masallıda fərdi yaşayış evində yanğın baş verib.


Yenilik.az Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.