Çempionlar Liqası: “Real” və “Milan” yarımfinalda

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.
Turnirin son qalibi “Real” (Madrid) İngiltərədə “Çelsi”nin qonağı olub. İspaniya təmsilçisi öz meydanında olduğu kimi səfərdə də iki cavabsız qolla qələbə qazanıb. Madridlilərin hər iki qolunu Rodriqo vurub. Ümumi hesabda 4:0 üstün olan "Real" mərhələ adlayıb.
Digər yarımfinalçı İtaliyada müəyyənləşib. “Buzovlar ölkəsi”nin iki təmsilçisi - “Napoli” və “Milan” birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Matçda qalib müəyyənləşməyib - 1:1. İlk görüşdə “rossioneri” minimal hesablı (1:0) qələbə qazandığından yarımfinala çıxıb.
OXŞAR XƏBƏRLƏR