Yenilik.Az
www.Yenilik.Az » İdman » Benzemadan het-trik, “Real” “Barselona”ya 4 top vuraraq finala çıxdı

Benzemadan het-trik, “Real” “Barselona”ya 4 top vuraraq finala çıxdı

Benzemadan het-trik, “Real” “Barselona”ya 4 top vuraraq finala çıxdı
2023-04-06 , 01:00

İspaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Yenilik.az xəbər verir ki, ikinci finalçının adına “El Klassiko”da aydınlıq gəlib. “Barselona” və “Real Madrid” “Kamp Nou”da münasibətlərinə aydınlıq gətiriblər. Matç Madrid təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.
Hesabı 45+1-ci dəqiqədə Vinisius Junior açıb. Digər qollara isə Kərim Benzema imza atıb. Fransalı forvard 50, 58 və 81-ci dəqiqələrdə fərqlənib.
İlk görüşdə 0:1 uduzan “Real Madrid” iki matçın nəticəsinə əsasən 4:1 üstün olaraq finala yüksəlib. Komanda həlledici matçda “Osasuna” ilə qarşılaşacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.