Yenilik.Az
www.Yenilik.Az » İdman » "Real Madrid" rahat qələbə qazandı

"Real Madrid" rahat qələbə qazandı

2025-12-04 , 07:26

İspaniya La Liqasının 15-ci turu çərçivəsində "Real Madrid" Bilbao "Atletik"inin qonağı olub.


Yenilik.az xəbər verir ki, "kral klubu" rəqibinə şans verməyib.

Mbappenin dublu (7, 59) və Kamavinqanın dəqiq zərbəsi (42) madridlilərə üç xalı qazandırıb - 0:3.

Bu qələbə sayəsində Xabi Alonsonun yetirmələri xallarını 36-ya çatdıraraq yarış cədvəlində 2-ci pillədə qərarlaşıblar. Paytaxt təmsilçisi lider "Barselona"dan cəmi 1 xal geri qalır. "Atletik" isə 20 xalla 8-cidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.