Yenilik.Az
www.Yenilik.Az » İdman » “Neftçi” - “Sumqayıt” oyununda dava - VİDEO

“Neftçi” - “Sumqayıt” oyununda dava - VİDEO

“Neftçi” - “Sumqayıt” oyununda dava - VİDEO
2025-12-16 , 07:30

Azərbaycan Premyer Liqasının XV turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyununda insident yaşanıb.

Teleqraf-ın məlumatına görə, hadisə qarşılaşmanın 90+5-ci dəqiqəsində baş verib.
Belə ki, “Neftçi”nin futbolçusu Elvin Bədəlovla “Sumqayıt”ın oyunçusu Səbuhi Abdullazadə arasında yaranan mübahisə qısa müddətdə gərginləşib. Komanda yoldaşlarının müdaxiləsindən sonra tərəflər sakitləşdirilib və oyun bərpa olunub.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.