Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Maştağadakı evin zirzəmisini narkotik plantasiyası etdi

Maştağadakı evin zirzəmisini narkotik plantasiyası etdi

Maştağadakı evin zirzəmisini narkotik plantasiyası etdi
2023-03-27 , 11:41

Maştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub.

Yenilik.az xəbər verir ki, DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi Maştağa qəsəbəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirib.
Belə ki, bölməyə qəsəbə sakini Ramil Quliyevin yaşadığı evin zirzəmisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Polislər tərəfindən evə baxış zamanı həmin zirzəmidən Ramil Quliyevin kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 35 kiloqram olan 99 ədəd çətənə kolu, narkotik tərkibli bitkilərin toxumları və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub.
Müəyyən edilib ki, Ramil Quliyev evin zirzəmisində çətənə bitkilərinin yetişdirilməsi üçün xüsusi havalandırma və işıqlandırma sistemi yaradıb. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb. Ramil Quliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.
Faktla bağlı materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.