Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Avtomobilində “Makarov” gəzdirən şəxs saxlanılıb

Avtomobilində “Makarov” gəzdirən şəxs saxlanılıb

Avtomobilində “Makarov” gəzdirən şəxs saxlanılıb
2023-03-27 , 13:36

Nəsimi rayonunda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Səbuhi Quliyev saxlanılıb. Onun üzərindən 3 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Quliyevin idarə etdiyi avtomobildən ona məxsus bir ədəd “Makarov” markalı tapança, daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Səbuhi Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.