Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Şəmkirdə 1500 manata “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Şəmkirdə 1500 manata “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Şəmkirdə 1500 manata “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
2023-04-28 , 11:42

Şəmkirdə 1500 manata “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 1500 manata satmaqda şübhəli bilinən, rayon sakini Malik Sadıqov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 23 ədəd 7,62 mm-lik patron aşkar edilib. B.Sadıqov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədi ilə saxladığını etiraf edib.
Bundan başqa Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Seymur Hacıyev də saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 500 qrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.