Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edilib

Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edilib

Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edilib
2023-03-26 , 09:48

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə "Kalaşnikov" pulemyotunu əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Yenilik.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Səyyaf Həsənov tutulub.
Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı "PK" markalı pulemyot, həmin silaha məxsus 7,62 çaplı 98 ədəd patron və 1 ədəd patron lenti aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.