Yenilik.Az
www.Yenilik.Az » Kriminal » 50 manata narkotik satan şəxs saxlanılıb

50 manata narkotik satan şəxs saxlanılıb

50 manata narkotik satan şəxs saxlanılıb
2023-04-25 , 12:20

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb. Üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini M.Zamanov saxlanılıb. Üzərindən müxtəlif bükümlərdə heroin və marixuana aşkar edilən M.Zamanovun yaşadığı fərdi yaşayış evindən isə 2 ədəd torbada ümumi çəkisi 5 kq 110 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.
Faktlarla bağlı polis şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.