Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər məsuliyyətə cəlb edilib. Onların üzərindən və bəzilərinin yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təhvil verilib.
Aprelin 9-da isə rayonun Zeynəddin kəndində yerləşən istixanadan ümumi dəyəri 1000 manatdan artıq olan qaynaq aparatının, təmir-tikinti alətlərinin, elektrik naqillərinin və digər avadanlıqların oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin Allahverdi Söyünalıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladıqlarının bir hissəsini satdığı, qalanlarını isə yaşadığı ünvanda gizlətdiyi məlum olub. Tədbirlərin davamı olaraq onun gizlətdiyi əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.