Yenilik.Az
www.Yenilik.Az » Kriminal » İranlı narkotacirdən onlayn yolla külli miqdarda heroin alan Mingəçevir sakini tutulub

İranlı narkotacirdən onlayn yolla külli miqdarda heroin alan Mingəçevir sakini tutulub

İranlı narkotacirdən onlayn yolla külli miqdarda heroin alan Mingəçevir sakini tutulub
2023-03-20 , 09:52

Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində müxtəlif növ narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha bir şəxs tutularaq istintaqa cəlb edilib.

Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, polisə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, keçmiş məhkum Tural Mahmudov saxlanılıb. Onun üstündən 1 kiloqram 300 qramdan artıq heroin, yaşadığı ünvandan isə 1 kiloqram 808 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. T.Mahmudov ifadəsində narkotik vasitəni vatsap sosial şəbəkəsi vasitəsilə əlaqə yaratdığı “İsa” adlı İran vətəndaşından aldığını bildirib. Belə ki, həmin iranlı narkotacir tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən T.Mahmudov Hövsan qəsəbəsində ona deyilən ərazidən bağlamanı götürdükdən sonra Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.