Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Zaqatalada narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Zaqatalada narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Zaqatalada narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs tutulub
2023-04-08 , 12:37

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.
Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə olunan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Cavanşir Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, C.Muradovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.