Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
2023-03-25 , 10:32

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, araşdırmalar zamanı saxlanılan şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşdığı da məlum olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.