Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Lənkəranda narkotik satan və oğurluq edən şəxs tutulub

Lənkəranda narkotik satan və oğurluq edən şəxs tutulub

Lənkəranda narkotik satan və oğurluq edən şəxs tutulub
2023-04-10 , 14:24

Narkotik vasitə ilə saxlanılan Lənkəran sakininin həmkəndlisinin evindən oğurluq etdiyi də məlum olub.

Yenilik.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayon Separadi kənd sakini, əvvəllər məhkum olunmuş Faiq Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və üzərindən heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oğurluq əməlinin də üstü açılıb. Belə ki, F.Cəfərovun həmkəndlisinə fərdi yaşayış evinə gecə saatlarında daxil olaraq oradan 900 manat dəyərində müxtəlif məişət əşyalarını oğurladığı müəyyən edilib.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.