Bakıda avtomobil qaçırılıb
Aprelin 12-də Xətai rayonunun Q.Məmmədov küçəsindən “Mercedes-Benz” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Əli Hüseynov saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR