Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Ağcabədidə saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar

Ağcabədidə saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar

Ağcabədidə saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar
2023-04-13 , 13:04

Ağcabədidə polislər saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıblar.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, aprel ayının 9-da Ağcabədi rayonunda yaşayan bir nəfər sakinin işlədiyi köşkə tanımadığı şəxs yaxınlaşıb, alqı-satqı müqabilində ona 50 manat pul təqdim edib, satıcı sonradan həmin pulun saxta olduğunu bilib və bu barədə polisə məlumat verib.
Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə saxta əsginasın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Bərdə rayonunda 588 saylı qəsəbədə yaşayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Aslanov qısa zamanda müəyyən edilib.
Onun ətrafında aparılan araşdırmalarla həmin əsginası həmyerlisi və qonşusu Rahib Zeynalovdan əldə etdiyi məlum olub. Əməliyyatın davamında R.Zeynalov qəsəbə ərazisindəki işlədiyi foto studiyasında elə iş başında, saxta əsginas hazırlayarkən polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin obyektə baxış keçirilən zaman beş ədəd 100 manatlıq, 28 ədəd 50 manatlıq, dörd ədəd 20 manatlıq və beş ədəd 10 manatlıq saxta əsginaslar, onların hazırlanması üçün istifadə olunan kompüter və printer aşkar olunaraq götürülüb. Adıçəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.