Bildirilib ki, aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla ev sahibinin iki il öncə oraya baş çəkdiyi və oğurluğun da bundan sonrakı dövr ərzində törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi detallı əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəxs qısa zamanda ifşa edilib. Belə ki, qeyd edilən cinayətin rayon sakini Rahib İmanov tərəfindən törədildiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb və dindirilmə zamanı öz əməlini etiraf edib. R.İmanov ötən ilin avqust ayının əvvəlindən dekabr ayının sonunadək mütəmadi şəkildə qızıl-zinət və məişət əşyaları oğurlamaqla zərərçəkmişə 15 min manat miqdarında maddi ziyan vurub. Oğurlanan əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.