Yenilik.Az
www.Yenilik.Az » Kriminal » İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl aşkar edilib

İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl aşkar edilib

İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl aşkar edilib
2023-04-15 , 15:42

İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl-zinət əşyaları aşkar edilib.

Yenilik.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.
Baxış zamanı əl yüklərindən altı qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.