Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub

Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub

Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub
2023-03-23 , 14:56

Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub.
Yenilik.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının “CIP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.
Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.