"Azəri canavar" buna görə öldürülüb: Detallar üzə çıxdı - FOTO

Yevlax şəhərindəki parkda 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun başından güllələnərək öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı tiktokda videoları ilə tanınan Əhmədin sosial şəbəkədəki fəaliyyətinə görə öldürülməsi üzə çıxıb.Hadisənin görüntüləri ərazidəki kameraya düşüb.
Fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
.png)
OXŞAR XƏBƏRLƏR