İntihar məktubunda da onun adını çəkmişdi… – 2 il sonra həbs edildi
2023-cü ildə İsmayıllıda 40 yaşlı Gülsüm Osmanovanın (şərti ad-soyadlı) intiharına görə barəsində cinayət işi açılmış Elxan Şıxıyev həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, Gülsümlə Elxan arasında münasibət 2011-ci ildən yaranıb. Belə ki, Gülsümün azyaşlı övladları Elxanın müəllim işləyən anasının yanına hazırlığa gediblər. Həyat yoldaşının işlə əlaqədar evə aylarla gəlmədiyini bildirən qadınla Elxan arasında həmin vaxt münasibət yaranıb və təxminən 10 ildən artıq davam edib. Amma sonradan onların münasibəti pozulub. Gülsüm evli olan Elxandan ayrılmaq istədiyini deyəndə isə kişi qadını bir neçə dəfə döyüb, onun İsmayıllıda işlədiyi yerə gedərək başqa şəxslərin gözü qarşısında zərbələr endirib. Həmin vaxt Gülsüm küçəyə çıxıb qaçsa da, Elxan onu təqib edərək mindiyi maşından zorla düşürüb və ictimai yerdə yenidən fiziki şiddət göstərib. O, həmin gün baş vermiş hadisə ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə məlumat verib. Qadın daxil olmuş məlumat əsasında saat 17:54-də telefon vasitəsilə polis şöbəsinə dəvət edilib.
Lakin Gülsüm polisə izahat vermək üçün çağırılması, ailəli olduğu halda digər şəxslə qeyri-rəsmi münasibətlərinin aşkara çıxması və cəmiyyət içində biabır olması ilə bağlı qarşılaşdığı şəraitlə əlaqədar davranış aktlarında təzahür etmiş emosional gərginlik halında şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək autoaqressiv vəziyyətdə yaşadığı İsmayıllı rayonundakı evdə özünü asıb.Bildirilir ki, Gülsüm həmin ərəfədə yaşadıqlarına görə mənəvi-psixoloji asılılıq vəziyyətində olub. Elxan Gülsümün aralarında olan münasibətləri kəsmək istəməsinə baxmayaraq, ondan əl çəkməməklə, sonuncuya fiziki və psixoloji zorakılıq göstərməklə, təhdid etməklə, hadisə baş verən gün camaatın içində zor tətbiq edərək işlədiyi salondan çıxarıb aparmaq istəməklə, vurmaqla və sair yollarla amansız rəftar edərək, ləyaqətini mütəmadi olaraq alçaldaraq və hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırıb.
Hadisədən sonra Gülsümün yazdığı son məktub da tapılıb: “Ölüm səbəbim Elxandır, məni təhdid etdiyindən… Başqa heç kim günahkar deyil. Ailəm, məni bağışlayın, üzünüzə daha baxa bilmirəm. İş yerimə gəlib basdı. Sizi çox sevirəm. Əlvida”.Kağızın arxa hissəsinə isə “Müştərilərim buna şahiddir ki, zorla qolumdan dartıb çıxardı”, – sözləri də qeyd edilib.
İstintaq zamanı, həmçinin məlum olub ki, Elxan Gülsümün intiharından 2 gün sonra gecə saat 23 radələrində içkili vəziyyətdə onun yaşadığı evə gedib. Gülsümün ölməsi xəbərinə inanmadığından evə girərək onu görmək istəyib. Bu zaman evdə yas mərasiminə yığışmış şəxslər qışqırıblar və Elxanı tutublar. Onlar polis çağıraraq Elxanı təhvil veriblər.
Lakin ibtidai və məhkəmə istintaqı müddətində Elxan Şıxıyev polis nəzarəti altında olmaqla sərbəst buraxılıb. Məhkəmədə mərhumun ailəsi Elxanın həbs edilməsini və ağır cəzaya məhkum olunmasını tələb ediblər.
İsmayıllı Rayon Məhkəməsinin 4 mart tarixli hökmü ilə ona 6 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs olunub.
OXŞAR XƏBƏRLƏR

“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55