Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Sumqayıtda azyaşlı qızın döyülərək videoya çəkilməsi araşdırılır

Sumqayıtda azyaşlı qızın döyülərək videoya çəkilməsi araşdırılır

Sumqayıtda azyaşlı qızın döyülərək videoya çəkilməsi araşdırılır
2025-04-14 , 12:27

Sumqayıtda azyaşlı qızın döyülərək videoya çəkilməsi, görüntülərin sosial şəbəkədə paylaşılması barədə araşdırma aparılır.


DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisənin Sumqayıt ərazisində baş verdiyi. Döyülən azyaşlının və şiddət göstərən qızın şəhər sakini olduğu iddia edilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.