Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Elçin Göyçaylı HƏBS OLUNDU - Təfərrüat

Elçin Göyçaylı HƏBS OLUNDU - Təfərrüat

Elçin Göyçaylı HƏBS OLUNDU - Təfərrüat
2025-07-18 , 12:05

Müğənni Elçin Göyçaylının həbs olunmasının bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, müğənninin sərxoşluq dərəcəsi müəyyən edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 334-1-ci(Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsi ilə protokol tərtib edilib.
İş məhkəməyə göndərilib.

Müğənni Elçin Göyçaylı həbs olunub.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.
Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib. Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.
Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnı müəllifidir. O, daha çox "Nə oldu, Paşinyan?" ifası ilə məşhurdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.