Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Müğənnilərin reklam etdiyi Azər İsmayılov saxlanıldı

Müğənnilərin reklam etdiyi Azər İsmayılov saxlanıldı

Müğənnilərin reklam etdiyi Azər İsmayılov saxlanıldı
2025-11-04 , 16:43

İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.

Yenilik.azMilli.Az-a istinadən xəbər verir ki, Azər İsmayılov vətəndaşların çoxsaylı şikayətlərindən sonra saxlanılıb.
Belə ki, onun rəhbərlik etdiyi “iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.
50-dən çox şəxsin bu yolla aldadıldığı bildirilir.
Qeyd edək ki, Azər İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam edib. Bu yolla vətəndaşların inamını qazanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.