Sabiq nazirin qardaşı Qarabağ əlilinə 67 min manat “atıb”
“Ziya Məmmədovun akademik qardaşı Elton Məmmədov mənə 67 min manat “atıb”. Pulun qalanını nə zaman verəcəyini soruşduqda mənə hədə- qorxu gəlməyə başladı. Dedi ki, bilirsən biz kimik, qardaşım nazirdir, özüm deputatam, bütün ətrafım böyük vəzifələrdədir. Şikayətləri davam etdirsən, pulun qalanını istəsən, səni ya bir adla həbs etdirərəm, ya da lazım gəlsə, birinə beş-on manat verib öldürtdürərəm. O vaxtdan mənə borcun qalanını vermədi”.
Bəs özünün deputatlıq mandatına, qardaşının nazir səlahətinə arxayınlaşıb Qarabağ əlilinin haqqını verməyən bu adam kimdir?
Şikayətçinin iddialarına inansaq, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov yalnız öz evini təmir etdirməklə qalmayıb, qardaşı Loğmanın Ucar rayonunun Qazıqumlax kəndindəki evinin və hazırda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin Badamdar qəsəbəsindəki villasının tikintisini də ona həvalə edib.
İndiyə qədər bir çox yeyintilərdə adı hallanan və hətta bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində cinayət işi açılan, amma AMEA-da mənimsədiyi 3 milyon manatı dövlətə qaytarmaqla həbsdən yayınmağı bacaran Elton Məmmədov Qarabağ əlilini necə aldadıb?
Gəlin, bu hadisənin təfsilatını şikayətçinin öz dilindən dinləyək.
Yusubov Fəxrəddin şikayət məktubunda yazır:
“Mən, Yusubov Fəxrəddin Əli oğlu, Bakı şəhəri, Keşlə qəsəbəsi, M. Ağayev küçəsi 48, mənzil 1 ünvanında yaşayıram. 22 mart 1953-cü ildə anadan olmuşam, Qarabağ qazisi, II qrup Qarabağ əliliyəm. İxtisasca ali təhsilli mühəndisəm. 2007-ci ildə ixtisasım üzrə, Nəqliyyat Nazirliyinin yanındakı körpüdə daş-bəzək işləri ilə məşğul idim. Bu məqsədlə fəhlələrdən ibarət işçi briqadası yaratmışdım. Üzərimizə qoyulan işi yüksək keyfiyyətlə yerinə yetirib təhvil verdik. Lakin müqavilə üzrə zəhmət haqqımızın 65 000 ABŞ dolları məbləğində pulumuzu vermədilər. Təbii ki, fəhlələr öz pullarını məndən tələb edirdilər, sifarişçi isə ödəniş etmirdi. Olduqca çətin vəziyyətdə qalmışdım. Məcburiyyət qarşısında o zamankı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun bacanağı Mehmana müraciət etdim. Mehman məni 1200 AZN müqabilində Elton Məmmədovla tanış etdi. Onunla Milli Məclisdəki iş otağında görüşdük. Ona vəziyyəti ətraflı başa saldım, mənə kömək edəcəyinə söz verdi.
Həqiqətən də iş icrasına zəng edib, mənim pulumu vermələrini tapşırdı. Bu köməyin müqabilində ona nə verməli olduğumu soruşdum. Nağd pul istəmədi, lakin başqa sövdələşmə təklif etdi. Mənə Ucar rayonu, Qazıqumlax kəndində özünə məxsus evi təmir etmək müqabilində “Azəravtoyol” şirkətinin rəhbəri Cavid Qurbanovla danışdığını, tikinti üçün layihələnmiş körpülərdən birinin sifarişini verdirəcəyinə söz verdi.
Onun evində 4-5 ay işlədim briqadamla. Cəmi 75 000 ABŞ dolları məbləğində iş gördüm. Görülən işlərin siyahısı və smeta dəyəri zamanında tam olaraq yazılıb və hazırda məndədir.
Əlavə olaraq, Novxanıda Əhəd Əbiyevdən aldığı bağ evinin təmirində də iştirak etdim və Qazıqumlax kəndində qardaşı Loğman Məmmədova məxsus evin də daş-bəzək işlərini gördüm. Loğmanın evində gördüyüm işdən də 7000 ABŞ dolları məbləğində pulu mənə ödənilmədi.
Eyni zamanda, Badamdar qəsəbəsində, Ziya Məmmədovun təmir etdirdiyi, Ramiz Mehdiyevə məxsus sarayın tikintisində də işləmişəm. Həmin evə minlərlə şam ağacının kəsilməsi ilə çəkilən yolun da çəkilməsinin şahidiyəm.
Beləliklə, Elton Məmmədovun öz evindən 75 000, qardaşı Loğmanın evindən isə 7000 pulum ödənilməmiş qaldı, heç bir körpü sifarişi də verilmədi. Faktiki olaraq aldanıldım. Uzun illər pulumu almağa çalışdım, ən müxtəlif insanlara və orqanlara çoxsaylı müraciətlər etdim. Müraciət etdiyim insanların içində yalnız birinin səmimi kömək etmək istədiyini gördüm. 2017-ci ildə YAP qərargahında şikayətim zamanı hörmətli deputat Eldar İbrahimov Elton Məmmədova zəng etdi və mənim pulumu qaytarmağı ondan tələb etdi. Bu zəngdən sonra Elton mənə iki dəfə pul verdi, bir öz işçisi vasitəsilə avtovağzalda 5000, bir də özü, öz iş otağında 10 000 ABŞ dolları.
Pulun qalanını nə zaman verəcəyini soruşduqda mənə hədə-qorxu gəlməyə başladı. Dedi ki, bilirsən biz kimik, qardaşım nazirdir, özüm deputatam, bütün ətrafım böyük vəzifələrdədir. Şikayətləri davam etdirsən, pulun qalanını istəsən, səni ya bir adla həbs etdirərəm, ya da lazım gəlsə, birinə beş-on manat verib öldürtdürərəm. Elə o vaxtdan da mənə borcun qalanını vermədi.
Hazırda 60 000 ABŞ dolları öz evinin təmirindən, 7000 ABŞ dolları isə qardaşı Loğmanın evinin təmirindən mənə borcları var. Bilmirəm necə edim, kimə şikayət edim, haqqımı necə təmin edim. Doğrudanmı pullu və vəzifəli insanlar bizim haqlarımızı istədikləri qədər poza, tapdalaya, bizi şərləyə, həbs etdirə, hətta fiziki cəhətdən aradan götürə, məhv edə bilərlər?
Doğrudanmı bizim uğrunda qanımızı axıtdığımız Vətənimizdə heç bir haqqımız, hüququmuz, müdafiəmiz yoxdur? Doğrudanmı belədir?
Yusubov Fəxrəddin Əli oğlu,
Qarabağ qazisi, II qrup Qarabağ əlili
20.12.2025”.
Elton Məmmədovun Yusubovun iddialarına cavabı qısa olub:
“Mənim heç kimə borcum yoxdur, haqqımda deyilənlər iftiradır”.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Media nümayəndələri təltif edildi - Siyahı
Laçında bayram ab-havası... - Video + Fotolar
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55