Yenilik.Az
www.Yenilik.Az » Kriminal » "İdrak"da müəllimini güllələyən şagirdin FOTOsu

"İdrak"da müəllimini güllələyən şagirdin FOTOsu

2026-02-12 , 14:10

Bakıdakı "İdrak" liseyində fevralın 6-sı müəllimi Şəhla Kamilovanı güllələyən şagirdin fotosu sosial şəbəkələrdə yayılıb.

Yenilik.az bakupost.az-a istinadən xəbər verir ki, sözügedən foto Tik Tok platformasında müxtəlif kontentlərin tərkib hissəsi olaraq paylaşılır.
Həyəcan siqnalı yaradan bu paylaşımlar şagirdin Vladislav Roslyakovla bağlı TikTok repostlarının fon musiqisi ilə hazırlanır. Şərhlərdə isə fotoya "arzuladığı "edit"i onun üçün etdilər" kimi başlıq verərək, onu qəhrəmanlaşdırırlar.
Hazırlanan kontentlərdən sonra şagirdin şəxsi hesabında özünün vaxtilə etdiyi bütün paylaşımlar silinib.
Qeyd edək ki, onun TikTok paylaşımlarında Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi diqqət çəkib. Demək olar ki, bütün "TikTok" repostları məhz Roslyakovla bağlı olub.
Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı yaralamışdı.
Bu Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və "Kerç Kolumbaynı" adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi.
1315940.jpg (68 KB)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.