Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... - Foto

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... - Foto

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... - Foto
2026-03-30 , 19:49

Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızı balta ilə qətlə yetirilib.

“Qafqazinfo”nun xəbərinə görə, qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandırıb.
Məlumata görə, A.Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin məzunu olub. O, bir neçə dəfə iş üçün imtahan versə də, qəbul ola bilməyib. Sonuncu dəfə də verdiyi imtahandan keçə bilməyən Anarın psixoloji böhran keçirdiyi, hadisəni də bu zəmində törətdiyi bildirilir. 
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.