Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nigarın mikrofonunu bağladılar - VİDEO

Nigarın mikrofonunu bağladılar - VİDEO

Nigarın mikrofonunu bağladılar - VİDEO
2023-03-10 , 15:01

Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Tetarından qalmaqallı ayrılması haqda danışıb.

Yenilik.az xəbər verir ki, bu barədə Şabanova "Səhər mərkəzi" verilişində qonaq olərkən söhbət açıb. Proqramda Nigarın çıxışı zamanı bir neçə saniyə mikrofonu susdurulub:

“Məsələ çox böyümüşdü. İstəmirəm danışmaq. Xoşagəlməz nüanslar oldu. Operaları da, muğamları da, xanəndəlikləri də sağlıqlarına qismət olsun. Ondan sonra çox küsdüm. Təbii ki, muğamdan küsə bilmərəm, nə qazanmışamsa, dünyanın yarısını gəzmişəmsə, böyük səhnələrə çıxmışamsa, o da muğam sayəsindədir.
Amma “dayan” dedim. Çünki savaşmaq istəmədim. Mübarizə aparsam, başım ona qarşıacaqdı, sənət unudulacaqdı. Bilirlər ki, Nigar necə xanəndədir. Müsabiqələrdə iştirak edənlər dəfələrlə eyni ladda muğam oxuyublar. Nigar elə dəstgahlar ifa edib ki, hər xanəndənin cəsarəti deyil ki, səsi ora çatdırsın. Xanəndələr də Nigarın səsini yaxşı bilirlər. Sağ olsunlar, elə küsdürdülər ki... Amma çağırsalar, getmərəm. Operaya qayıtmaram”.

Qeyd edək ki, Nigar bir müddət əvvəl açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorunu rüşvətxorluqda ittiham etmişdi. O bildirib ki, "Leyli və Məcnun" tamaşasında Leylini oynamaq üçün ondan 4 min manat pul istənilib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.