Roza izləyicisini təhqir etdi

Müğənni Roza Zərgərlinin son paylaşımı izləyicilər arasında müzakirəyə səbəb olub.
Bu zaman izləyicilərdən biri “Anaya qəşəng paltar, qızıl falan al. Şəkildə sadəlik yox, imkansızlıq görünür. Özünüzə baxdığınız kimi valideynlərə də baxın. Allah qorusun onları”, - deyə, iradını bildirib.
Roza isə cavabında “Kül başına, “Burberry” nə bilirsən nədir?”, - deyə, qeyd edib.

Digər bir izləyici isə “Roza xanım, niyə paylaşırsan axı? Ağzına gələn sözü də eşidirsən” şərhini yazıb.
İfaçı isə “Mənə tərbiyə veriblər ki, heç vaxt heç kimin qəlbini qırma, tanımadığın insan haqqında rəy söyləmə, günahdır. Mən onların yazdığını vecimə almıram. Onlar öz günahını qazanıb, özləri cavab verəcək” sözlərini bildirib.
Roza dərhal sözügedən paylaşımın şərh bölməsini bağlayıb.

OXŞAR XƏBƏRLƏR