“Şəbnəm bətnində körpəsi ilə intihar edəcəkdi”

Müğənni Nazənin Salayevanın populyar müğənni Şəbnəm Tovuzlu barədə söylədiyi fikirlər maraqla qarşılanıb.
Bu haqda Nazənin “Həyat tərzi” verilişində qonaq olarkən danışıb:
“Şəbnəm bu camiyəyə təzə çıxmışdı, hamı onu baltalayırdı. O, ağlayanda, onla ağlamışam, güləndə gülmüşəm. Jurnalistlərə yanlış məlumatlar verirdilər. Balası hələ bətnində idi, özünü öldürmək dərəcəsinə çatmışdı. Bir dəfə biz Gürcüstana uçurduq. İnanın ki, düşənə qədər ürəyim partladı ki, qız özünə bir şey edər. Canlı verilişlərə çıxırdı. Reklamda aparıcını yığıb xahiş edirdim ki, mənim xətrim varsa, o qıza artıq sual verməyin. Yoldaşı baxır, yaxşı deyil”.
Şəbnəm isə Nazəninin fikirlərindən sonra belə qeyd edib:
“Yaxşı ki, o dövrdə ən başda həyat yoldaşım yanımda oldu. Nazənin xanım və Lamiyyə xanım məni qorudu. Bunu heç vaxt itirmərəm. Reytinq üçün hər şeyi edirdilər”.
OXŞAR XƏBƏRLƏR