Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Nə xınayaxdı, nə pul, nə ər, nə də kişi bölüşəcəm"

"Nə xınayaxdı, nə pul, nə ər, nə də kişi bölüşəcəm"

2023-03-29 , 12:26

Aparıcı Rövşanə Ağasəfqızı əməkdar artist Nigar Şabanova ilə qalmaqalı haqda açıqlama verib.

Yenilik.az xəbər verir ki, bu barədə o, “Space səhər” proqramında danışıb. Rövşanə qeyd edib ki, bu, adi bir diskussiya olub:
“Hər bir insanın öz fikrini söyləməsi normal haldır. Hər zaman deyirəm ki, jurnalistin sual vermək hüququ var. Onu buna görə kimsə qınaya bilməz. Mən sual verirəm, sənin cavab verməmək, susmaq hüququn var. Sus, cavab vermə. Efirdə müxtəlif mübahisələr yaşana bilər. Mən hər bir insanın fikrinə, sözünə həddindən artıq hörmət edirəm. Veriliş boyu baş verən mübahisəyə efirdən sonra reaksiya vermirəm. Efirdə baş verdi və bitdi. Mənə açıqlama üçün zəng edirlər, deyirəm, nə böyük hadisə baş verib ki? Söz deyib, cavab vermişəm.
Fikrimizi bildirmişik. Bundan gündəmə gəlmək üçün istifadə edənlər, sizə cavab verməyəcəyəm. Sizə cavab vermək həvəsim də yoxdur. Mən jurnalistəm, müğənni, toy, xınayaxdı aparıcısı deyiləm. Bakı Dövlət Universitetini bitirmiş jurnalist, 17 il ali təhsil müəssisələrində dərs demiş müəlliməm. Mənim sizinlə bölüşəcək nəyimsə yoxdur. Nə xınayaxdı, nə pul, nə ər, nə də kişi bölüşəcəm. Mənim verilişimdən çörək qazanırsınızsa, saytlara müsahibə verib, gündəm olursunuzsa, halal xoşunuz. Mən işçimi bitirib çıxaracam. Allah toy bazarınızı bol eləsin, haxıştalarınız çox olsun. Siz çalıb oynayasız, oradakılar da sizə əl çalıb, oynatsınlar, sizə ifa etdirsinlər. Bunu başqa feillə demədim. Azərbaycan dilində feilləri pis başa düşürlər”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.