Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rövşanə ilə Nigar arasında mübahisə - Mikrofonunu söndürdülər

Rövşanə ilə Nigar arasında mübahisə - Mikrofonunu söndürdülər

Rövşanə ilə Nigar arasında mübahisə - Mikrofonunu söndürdülər
2023-03-28 , 15:11

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Rövşanə Ağasəfqızı arasında canlı yayım zamanı mübahisə yaşanıb.

Yenilik.az xəbər verir ki, xanəndə qonaq olduğu "Space səhər" proqramında sənətindən yox, şəxsi həyatından yazılmasından gileylənib:
“Cəmiyyətin zövqünün korlanmasında mətbuat və televiziya günahkardır. Mən xanəndə olanda, muğamlar oxuyanda instaqramdakı səhifələr sənətimi dəyərləndirmirdilər. Azərbaycana muğam sahəsində birinclik gətirəndə heç bir sayt işıqlandırmırdı. Amma Nigar Şabanovanın ailəsi dağıldı, bu zaman jurnalistlərin ağzını bağlaya bilmirdim. Hətta buna görə kanallardan biri ilə əlaqəmiz kəsilib”.
Onun bu sözlərinə Rövşanə "Haradan bilirlər? Siz deməsəniz, hardan bilinəcək? Mənim də ailəmdə problemlər olub, niyə yazılmır? Sizdən də məşhuram" sözlərini deyib.
Nigar Rövşanəyə qarşılıq verərək ikinci həyat yoldaşından boşandığını 6 ay gizlədə bildiyini deyib:
“Özünüz sual verib, özünüz də cavab verdiniz. Məsələn, Rövşanə xanım dostumdur, ona demişəm, sirrimi sözümü bilir. Həyatım dağılandan sonra bildim ki, dostumun da dostu var. 6 aydan sonra bu məsələ açıldı. Hamı bir-birilə tanışdır, ona görə tez yayıldı. Efirə gedəndə də dedim ki, şəxsi həyatla bağlı sual verməyin. Bir verilişdə elə oldu ki, cavablarını verdim. İndi həmin kanalda yoxam”.
Rövşanə xanəndəyə məşhur simaların şəxsi həyatlarının da insanlara maraqlı olduğunu bildirib:
“Hülya Avşarın, Sibel Canın ailəsi də maraqlıdır. İndi siz Hülya Avşar deyilsiz...”.
Rövşanənin bu fikirləri Nigarı daha da qəzəbləndirib:
“Hülya Avşar mənim üçün heç kimdir. Mənim sənətimim, səsimin yanında da heç kimdir. Nə böyük adamdır? Ermənipərəstdir. Onun sənəti nədir ki? Məni Azərbaycanımda olan müğənnilərlə, ulduzlarla, divalarla müqayisə edin, türklərlə yox”.
R. Ağasəfqızı Nigarın fikirləri ilə razılaşmayıb və Hülyanın sənətkar olduğunu vurğulayıb:
“Hülya Avşar divadır. Belə danışmayın. Onun siyasi mövqeyini bir kənara qoyaq. Amma böyük sənətkardır. Bəyənmədiz Hülya Avşarı? Saytlara özünüz məlumat verdiniz indi. Sibel Canın, İbrahim Tatlısesin həyatı, xanımları maraqlıdır. Onun sənəti ilə bərabər şəxsi həyatı da insanlara maraqlı gəlir. Siz niyə bundan qıcıqlanırsınız ki?”.

 


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.