Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bu yaşımda başıma nə oyun açırsınız" - müğənninin həyat yoldaşı efirə zəng etdi

"Bu yaşımda başıma nə oyun açırsınız" - müğənninin həyat yoldaşı efirə zəng etdi

2023-03-30 , 12:14

"1987-ci ildə avqustun 1-də ailə qurdum. Həyat yoldaşım deyirdi ki, filan paltarı geyinmə, ora getmə, bunu etmə. Ona görə də mən efirə az çıxırdım".

Yenilik.az xəbər verir ki, bu sözləri əməkdar artist Bəsti Bəkirova "Günün sədası" verilişində deyib. Müğənni həyat yoldaşından danışaraq, onun qısqanc olduğunu bildirib.
B.Bəkirovanın bir vaxtlar polis kimi fəaliyyət göstərən həyat yoldaşı daha sonra efirə zəng edib. "Həyat yoldaşı xanımını anlamalıdır, yanında olmalıdır. Bu yaşımda başıma nə oyun açırsınız" deyərək, o, sualları cavablandırıb. 
Proqramda qonaq olan əməkdar artist Cavanşir Məmmədov isə "Faiq mənim dostumdur. İllərlə Bəstini toylara getməyə qoymayıb" sözlərini əlavə edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.